“Hizbullah” komandirlərindən biri öldürülüb
Əsəd Abbaslı
İsrail hərbçiləri Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı “Hizbullah”ın elit bölməsi olan “Əl-Hacı Radvan Qüvvələri”nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada “Əl-Hacı Radvan Qüvvələri” bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.
Qeyd olunub ki, Şahadinin öldürülməsi “Əl-Hacı Radvan Qüvvələri”nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addımdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net