Menyu

Avropa Komissiyası Gürcüstandan siyasi kursunun dəyişdirilməsini tələb edib

Əsəd Abbaslı
Avropa Komissiyası  Gürcüstandan siyasi kursunun dəyişdirilməsini tələb edib

Avropa Komissiyası (AK) Gürcüstanın siyasi kursunun dəyişdirilməsini tələb edərək, rəsmi Tiflis ilə Avropa İttifaqına (Aİ) qəbulla bağlı danışıqlara başlamaq üçün tövsiyə verməkdən yayınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə bəyanat AK-nın namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair Brüsseldə dərc olunan illik hesabatında yer alıb.

“Əgər Gürcüstan Aİ-yə gedən yolunu sarsıdan kursunu dəyişməsə və islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün aydın səylər nümayiş etdirməsə, AK Gürcüstan ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, - sənəddə deyilir.

AK-nin tövsiyəsi namizəd ölkənin qəbulu üçün danışıqlara başlamaq məsələsində əsas addımdır.

AK-dan vurğulanıb ki, Gürcüstan xarici siyasət üzrə Aİ qərarlarının cəmi 49 %-ni yerinə yetirir və bu göstəriciyə görə 10 namizəd dövlət arasında sondan əvvəlki yeri tutur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər