Menyu

Britaniyada meymunçiçəyinin yeni ştamı aşkarlanıb

Əsəd Abbaslı
Britaniyada meymunçiçəyinin yeni ştamı aşkarlanıb

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştamının aşkarlandığını bildirib.

"Operativ Media" xəbər verir ki, xəstə “Royal Free Hospital”ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştamın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Meymunçiçəyinin “Clade 1b” ştamı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. Almaniya bu ayın əvvəlində “Clade 1b” virusuna ilk yoluxmanın baş verdiyini bildirmişdi.

Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştamından azı min nəfər ölüb.

“Clade 1b” ştamı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər