Türkiyə ordusu son bir həftədə 198 terrorçunu zərərsizləşdirib
Nərmin Qocamanlı
Türkiyə ordusu son bir həftədə 198 terrorçunu zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Türkiyə Silahlı Qüvvələrinin terroru mənbəyində məhv etmək anlayışı ilə fasiləsiz və qətiyyətlə həyata keçirdiyi əməliyyatlar nəticəsində son bir həftədə 198 terrorçu zərərsizləşdirilib.
Yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 2419-a çatıb, onlardan 1256-sı İraqda, 1163-ü isə Suriyada zərərsiz hala gətirilib", - məlumatda qeyd olunub.
Teqlər:
"T\u00fcrkiy\u0259 ordusu son bir h\u0259ft\u0259d\u0259 198 terror\u00e7unu z\u0259r\u0259rsizl\u0259\u015fdirib"