Menyu

Norveç Ukraynaya yeni yardım paketi ayırıb

Əsəd Abbaslı
Norveç Ukraynaya yeni yardım paketi ayırıb

Norveç Ukraynanın Hərbi Hava Qüvvələrini dəstəkləmək məqsədi ilə Kiyevə 1,3 milyard kron (118,4 mln dollar) məbləğində yardım ayırıb.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Born Arild Qram bildirib.

Onun sözlərinə görə, ayrılan maliyyə vəsaiti F-16 qırıcılarını ehtiyat hissələri və silah almaq üçün xərclənəcək.

Nazir qeyd edib ki, Oslo Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artırmaqla yanaşı, Kiyevə 130 qayıq da təhvil verəcək.

Bu ilin iyulunda Norveçin baş naziri Yonas Qar Styore NATO-nun Vaşinqtonda keçirilən sammitində bildirmişdi ki, krallığın Ukraynaya verəcəyi altı F-16 qırıcısı 2024-cü ildə tədarük edilməyə başlanılacaq.

Teqlər:

"Norve\u00e7 Ukraynaya yeni yard\u0131m paketi ay\u0131r\u0131b"

Əlaqəli Xəbərlər