Prezident İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı məktubu ünvanlayıb
Əsəd Abbaslı
Prezident İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı məktubu ünvanlayıb.
"Operativ Media" xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma