Menyu

Quterreş Şimali Koreyanın ballistik raket buraxmasını kəskin şəkildə pisləyib

Əsəd Abbaslı
Quterreş Şimali Koreyanın ballistik raket buraxmasını kəskin şəkildə pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasını kəskin şəkildə pisləyib.

"Operativ Media" xəbər verir ki, Quterreşin reaksiyası ilə bağlı BMT sözçüsü tərəfindən yazılı açıqlama verilib.

“BMT-nin baş katibi Şimali Koreyanın qitələrarası ballistik raket (ICBM) buraxmasını qətiyyətlə pisləyir”, - bəyanatda deyilir

Açıqlamada Quterreşin gərginliyin azaldılmasını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etdiyi bildirilib və diplomatik əlaqənin yeganə variant olduğu vurğulanıb.

Bildirilib ki, Şimali Koreya Yaponiya dənizinə (Şərq dənizi) qitələrarası ballistik raket atıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər