"Real Madrid" klubu sel fəlakəti qurbanlarına 1 milyon avro verəcək
Əziz Əzizli
İspaniyada yaşanan sel fəlakətinə "Real Madrid" klubu səssiz qalmayıb.
"Operativ Media" xəbər ki, İspaniyanın köklü klublarından olan "Real Madrid" ölkədə baş verən sel fəlakəti qurbanlarına 1 milyon avro bağışlayacağını açıqlayıb.
Qeyd edək ki, Valensiya şəhərində baş verən sel fəlakəti səbəbindən La Liqanın 12-ci həftəsində keçiriləcək "Valensiya" - "Real Madrid" matçı təxirə salınıb.
Teqlər:
"\"Real Madrid\" klubu sel f\u0259lak\u0259ti qurbanlar\u0131na 1 milyon avro ver\u0259c\u0259k"