Muğla sahillərində 27 qeyri-qanuni miqrant xilas edilib
Əsəd Abbaslı
Muğlanın Marmaris və Fethiye rayonlarında xilasedici sallarda olan 27 qeyri-qanuni mühacir xilas edilib, 44-ü isə yaxalanıb.
"Operativ Media" xəbər verir ki, Sahil Mühafizə Komandanlığının saytında yer alan açıqlamaya görə, Marmaris sahillərində xilasedici sallarda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qruplar göndərilib.
Əməliyyat zamanı aralarında 15-i uşaq olmaqla 27 qanunsuz miqrant xilas edilib.
44 qeyri-qanuni mühacir və 2 şübhəli isə yaxalanıb.
Xarici vətəndaşlar əməliyyatlarının ardından İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Teqlər:
"Mu\u011fla sahill\u0259rind\u0259 27 qeyri-qanuni miqrant xilas edilib"