Menyu

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 24-ə yüksəlib - YENİLƏNİB

Əsəd Abbaslı
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 24-ə yüksəlib - YENİLƏNİB

İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 24-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə İRNA agentliyi xəbər verib.

Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.

14:12

İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində azı 15 nəfər xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İRNA agentliyi xəbər verib.

Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.

13:31

İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər yayıb.

Qeyd edilir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.

Germsarın prefekti Reza Hani bildirib ki, zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib.

İranın digər agentliyi IRIB-in məlumatına görə, zəlzələ Tehranda və onun ətrafındakı Kerec şəhərində də hiss edilib. Təbii hadisə həmçinin Qum şəhərində də hiss olunub; bu şəhər Tahran yaxınlığında eyniadlı əyalətin inzibati mərkəzidir.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Teqlər:

"\u0130randa z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 x\u0259sar\u0259t alanlar\u0131n say\u0131 24-\u0259 y\u00fcks\u0259lib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər