Menyu

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə çatıb

Əziz Əzizli
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə çatıb

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə EFE dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, həftənin ortasından 67 meyitin kimliyi müəyyən edilib.

Fövqəladə xidmətlər Albasete əyalətinin Letur bələdiyyəsində itkin düşmüş beş nəfərdən birinin cəsədini tapıb. Ümumilikdə, oktyabrın 29-da başlamış leysan yağışlarından sonra daşqın sonucunda ölənlərin sayı 217 nəfərə çatıb. Valensiyada həmçinin bir ingilis cütlüyü və bir İspaniya vətəndaşı ölüb.

Oktyabrın 30-dan 2 noyabr axşamınadək məhkəmə-tibbi ekspertlər 188 meyit çıxarıb, 67 nəfərin kimliyini müəyyən edilib.

İspaniyanın cənub-şərqində güclü leysan yağışları ölkənin bir sıra bölgələrində güclü daşqınlara yol açıb. Oktyabrın 29-da başlamış leysan yağışları “Dana” qasırğası gətirib. İqtidar daşqın qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.

Teqlər:

"\u0130spaniyada da\u015fq\u0131nlar n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 217-y\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər