04 Noyabr 2024, 21:16
İndoneziyada vulkan dörd hava limanının bağlanmasına səbəb olub
İndoneziyada vulkan dörd hava limanının bağlanmasına səbəb olub şəkil
İndoneziyada vulkan dörd hava limanının bağlanmasına səbəb olub

İndoneziyada Levotobi vulkanının püskürməsi səbəbindən dörd hava limanı müvəqqəti bağlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyin nümayəndəsi Abdul Muxari bildirib.

“Şərqi Nusa-Tenqara əyalətinin Sikka bölgəsindəki Frensis Xavyer Seda hava limanı müvəqqəti bağlanıb. Əyalətdəki digər üç hava limanında da işlər dayandırılıb. Vulkanik külün yayılması nəticəsində Labuan Baco şəhəri yaxınlığındakı Komodo Beynəlxalq Hava Limanında 14 reys təxirə salınıb”, - o deyib.

Qeyd edək ki, Levotobi Laki-Laki vulkanının püskürməsi noyabrın 4-nə keçən gecə başlayıb və püskürmə zamanı vulkan külləri 2 min metr hündürlüyə çatıb. Fövqəladə Hallar üzrə Milli Agentliyindən bildirilib ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub.

Səlahiyyətlilər vulkan püskürməsindən zərər çəkmiş 14 kənddən 10 200-dən çox insanı təxliyə edib.

Son xəbərlər
Almaniya hakimiyyəti sənaye obyektləri üzərində PUA-ların görünməsini araşdırır
Türkiyənin Suriyadakı səfirliyi sabah açılır
Nensi Pelosi Lüksemburqa səfəri zamanı xəsarət alıb
Argentina prezidenti İtaliya vətəndaşlığını qəbul edib
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib
Hakan Fidan İordaniyaya səfər edəcək
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib
Aİ Ukraynaya əlavə yardımı müzakirə edəcək
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla görüşüb
Rusiyada "Viber" sosial şəbəkəsi bağlanıb