04 Noyabr 2024, 22:41
Mariya Zaxarova: Moldova seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib
Moldovada seçkilər tarixin ən qeyri-demokratik seçkiləri olub.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı şərhində bildirib.
Onun sözlərinə görə, bu, Moldova müstəqilliyinin bütün illərində mübaliğəsiz ən qeyri-demokratik seçki kampaniyası olub.
Zaxarova qeyd edib ki, Moldova hakimiyyəti seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib: "Hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirilib. Qərb ölkələrinin seçki prosesinə aşkar müdaxiləsi olub. Hakimiyyət orqanları tərəfindən inzibati resurslardan geniş miqyasda istifadə olunub.