Menyu

Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib

Nərmin Qocamanlı
Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib
1 dəq oxu

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabrda keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası 53,93% səslə seçkilərin qalibi olub.

Bununla da partiya Gürcüstanın 150 yerlik 11-ci çağırış parlamentində 89 mandata sahib olaraq çoxluq statusunu saxlayıb.

Əlaqəli Xəbərlər