Menyu

Brent markalı neftin qiyməti 73 dolları keçib

Əsəd Abbaslı
Brent markalı neftin qiyməti 73 dolları keçib

Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 3%-dən çox artaraq noyabrın 14-dən bu yana ilk dəfə bir barel üçün 73 dollar həddini ötüb.

"Operativ Media" xəbər verir ki, ticarət məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 3,15% artaraq bir barel üçün 73,28 dollara çatıb. Daha sonra isə fyuçerslərin dəyəri bir qədər azalaraq 73,04 dollar (+2,82%) təşkil edib.

Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçerslərinin qiyməti də artıb. Bu göstərici 2,97% yüksələrək bir barel üçün 68,91 dollar olub.

Bazarlardakı bu artım enerji sektorundakı dəyişən qlobal iqtisadi gözləntilərlə əlaqələndirilir.

Teqlər:

"Brent markal\u0131 neftin qiym\u0259ti 73 dollar\u0131 ke\u00e7ib"

Əlaqəli Xəbərlər