Yunanıstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb
Yunanıstanın paytaxtı Afinada ümummilli tətil səbəbindən ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
"Operativ Media" xəbər verir ki, "Associated Press" məlumat yayıb.
Belə ki, çərşənbə günü dövlət sektoru və özəl sektor işçiləri hökumətin fəaliyyətindən, xüsusən də inflyasiya ilə mübarizədən narazı olduqları üçün 24 saatlıq tətil elan ediblər.
Tətillərdə tibb işçiləri və müəllimlər də iştirak edir."
Teqlər:
"Yunan\u0131standa ictimai n\u0259qliyyat\u0131n f\u0259aliyy\u0259ti dayand\u0131r\u0131l\u0131b"