Türkiyə ilin sonuna kimi turizmdən 60 milyard dollar gəlir əldə edəcək
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy məlumat verib.
O bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyəyə gələn ümumi ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 49,2 milyon nəfərə çatıb.
"Ölkəmiz ilin sonuna qədər 61 milyon ümumi ziyarətçi və təxminən 60 milyard dollar ümumi turizm gəliri hədəfləyir", - deyə türkiyəli nazir bildirib.
Teqlər:
"T\u00fcrkiy\u0259 ilin sonuna kimi turizmd\u0259n 60 milyard dollar g\u0259lir \u0259ld\u0259 ed\u0259c\u0259k"