Menyu

Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər

Əziz Əzizli
Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər
1 dəq oxu

"Operativ Media" “Science Daily” jurnalına istinadən xəbər verir ki, alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Əsası ilk tunc dövrünə aid olan bu qəbirləri qazan tədqiqatçılar qızıl və gümüş zinət əşyaları, 6 skelet, yemək bişirilən qablar, saxsı qablar və nizə ucu, həmçinin üzərində həkk olunmuş yazılar olan 4 barmaq uzunluğunda gil silindrlər aşkar ediblər.

Tapılan əşyaların eramızdan əvvəl 2400-cü illərə aid olduğu açıqlanıb.

Əlaqəli Xəbərlər