Banqladeşdə 24 saatda 990 nəfər dang qızdırması ilə xəstəxanaya yerləşdirilib

admin
Banqladeşdə 24 saatda 990 nəfər dang qızdırması ilə xəstəxanaya yerləşdirilib
Banqladeşdə son 24 saat ərzində 990 nəfər dang qızdırması səbəbindən xəstəxanaya yerləşdirilib, 10 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Banqladeş sağlamlıq xidmətləri ümumi müdirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Banqladeşdə dang qızdırması səbəbindən bu il 471 nəfər həyatını itirib.

Belə ki, son 24 saatda 990 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər ölüb.

Qeyd edək ki, Banqladeşdə 2023-cü ildə 321 min 179 dang qızdırması hadisəsi qeydə alınıb. 1705 nəfər bu xəstəlikdən vəfat edib.

Digər xəbərlər