Menyu

ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır

Əziz Əzizli
ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır

"Operativ Media" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ rəsmi şəxslərindən olan mənbənin sözlərinə görə, paketə tankəleyhinə silahlar, pilotsuz uçuş aparatları, minalar, “Stinger” daşınan zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları daxil olacaq.

Silahlar ABŞ anbarlarından Kiyevə təhvil veriləcək.

Daha əvvəl “Politico” nəşri məlumat vermişdi ki, ABŞ Prezidenti Cozef Bayden Kiyevə hərbi yardım və əvvəllər Ukrayna Silahlı Qüvvələrinə verilmiş silahların əvəzinə Amerika silah ehtiyatlarının bərpası üçün konqresdən gizli şəkildə əlavə 24 milyard dollar tələb edib.

Teqlər:

"AB\u015e Ukraynaya 725 milyon dollarl\u0131q yeni h\u0259rbi yard\u0131m paketi haz\u0131rlay\u0131r"

Əlaqəli Xəbərlər