Rusiya və Hindistan birgə hərbi təlimləri genişləndirir

admin
Rusiya və Hindistan birgə hərbi təlimləri genişləndirir
Rusiya və Hindistan hərbçiləri müdafiə sektorunda, o cümlədən birgə təlimlər sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumat Hindistan Müdafiə Nazirliyinin hərbi və hərbi-texniki əməkdaşlıq üzrə Moskvada keçirilən dördüncü iclasının yekunlarına dair sənəddə qeyd olunub.

"Strateji maraq kəsb edən sahələrdə davamlı bilik mübadiləsinin və əməkdaşlığın vacibliyindən danışmışıq. Tərəflər həmçinin, ‘iki qüvvə arasında əməliyyat əməkdaşlığını daha da gücləndirmək üçün birgə təlimləri genişləndirmək barədə razılığa gəliblər", - deyə Hindistan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

 

Digər xəbərlər