Menyu

Livan İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia edir

Əsəd Abbaslı
Livan İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia edir
1 dəq oxu

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda atəşkəs rejimini bir neçə dəfə pozaraq ölkə ərazisindəki mövqelərə zərbələr endirib.

"Operativ Media" xəbər verir ki, bu barədə “France24” məlumat yayıb. 

"2024-cü il noyabrın 27-si və 28-də İsrail Livanın hava məkanını pozaraq və müxtəlif növ silahlarla Livan ərazilərinə hücum edərək atəşkəs razılaşmasını bir neçə dəfə pozub”,- deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Əlaqəli Xəbərlər