Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında bildirilib.
“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 330 nəfərə çatıb, daha 104 933 nəfər isə yaralanıb”, - qurumun icmalında deyilir.
Həmçinin qeyd edilir ki, son gün ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 48 nəfər ölüb, 53 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.
Teqlər:
"Q\u0259zzada \u00f6l\u0259n f\u0259l\u0259stinlil\u0259rin say\u0131 44 3 min n\u0259f\u0259r\u0259 \u00e7at\u0131b"