"Operativ Media" xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri məlumat yayıb.
Məlumata görə, Fransanın Ermənistandakı səfiri Olivier Decottignies sosial şəbəkə hesabında İrəvandakı Göy Məscid haqqında iki paylaşım dərc edib.
“Ermənistanın fars irsinin simvolu olan Yerevan Göy Məscidinin bağlarında”, - paylaşımda qeyd edilib.
Nəşr qeyd edib ki, səfir İrəvandakı Göy məscidi fars mədəniyyət nümunəsi kimi təqdim edib.
Əslində isə məscidi azərbaycanlılar tikib.
Qeyd edək ki, Fransa səfirinin məscidi “fars” kimi qələmə vermək cəhdi Fransanın regionda fars müstəmləkəçiliyinə dəstəyini nümayiş etdirir.