Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib
"Operativ Media" xəbər verir ki, o bu barədə xalqa müraciətində bildirib.
“Hərəkətlərimə görə dərin üzr istəyirəm”, – o, canlı televiziya müraciətində deyib və təzim edib. Yun Sok Yol həmçinin öz hərəkətlərinə görə məsuliyyət daşıyacağını və cəza olacağı təqdirdə bundan yayınmağa çalışmayacağını vəd edib: “Mən hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərimə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacağam”.
O həmçinin yenidən hərbi vəziyyət elan etməyəcəyini vurğulayıb. Belə ki, son günlər Cənubi Koreyanın siyasi dairələrində və KİV-də belə bir ehtimal fəal müzakirə olunurdu.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net