İsrail ordusu öz qüvvələrini Suriyanın bufer zonasına yerləşdirib
Əsəd Abbaslı
"Operativ Media"-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib.
"Suriyada baş verən son hadisələrdən sonra, o cümlədən silahlı şəxslərin bufer zonasına daxil olması ilə bağlı vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri bufer zonasına və bir sıra digər məntəqələrə qoşun yeridib", - deyə bildirilib.
Qeyd olunub ki, bu, Qolan təpələrində [İsrail] yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün onun müdafiəsi üçün lazımdır.
Teqlər:
"\u0130srail ordusu \u00f6z q\u00fcvv\u0259l\u0259rini Suriyan\u0131n bufer zonas\u0131na yerl\u0259\u015fdirib"