"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yüzlərlə adam Tbilisinin əsas prospekti Rustaveliyə toplaşıb. Prospektdə nəqliyyatın hərəkəti kəsilib.
Xatırladaq ki, Tbilisidə etirazlar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb.