Menyu

Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək

Əsəd Abbaslı
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək

"Operativ Media" xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına verdiyi müsahibədə danışıb.

“Hər bir işə ayrı-ayrılıqda baxacağam. İnsanlar zorakılıq etməyiblərsə, düşünürəm ki, artıq kifayət qədər ağır cəza çəkiblər”, - deyə o bildirib.

Tramp vurğulayıb ki, yenidən prezident seçildiyi təqdirdə bu məsələ ilə dərhal məşğul olacaq. “Bəlkə də səlahiyyət müddətimin ilk 9 dəqiqəsində bunu edərdim”, - deyə əlavə edib.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ Konqresi 2020-ci il prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün iclas keçirməli idi. Həmin gün Trampın tərəfdarları Vaşinqtonda etiraz aksiyası təşkil edib, bəzi nümayişçilər Konqres binasına daxil olaraq iclası yarımçıq qoymuşdular. Demokratlar həmin insidentə görə Trampı məsuliyyət daşımaqda ittiham ediblər.

Teqlər:

"Tramp Kapitoliya basq\u0131n\u0131nda t\u0259qsirli bilin\u0259nl\u0259ri \u0259fv ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər