Menyu

Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib

Əsəd Abbaslı
Blinken Suriyada mülki hökumətin qurulmasına çağırış edib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

"Dövlət katibi Birləşmiş Ştatların Suriyada inklüziv və nümayəndəli mülki hökumətin formalaşmasına gətirib çıxaracaq siyasi prosesə dəstəyini bir daha təsdiqləyib", - deyə bildirilib.

A.Blinken deyib ki, keçid hakimiyyəti orqanları, eləcə də gələcək Suriya hökuməti xüsusilə qadınlar və milli azlıqlar üçün insan hüquqlarına hörmətlə bağlı açıq öhdəlikləri yerinə yetirməlidir.

Dövlət katibi həmçinin yeni hakimiyyəti Suriyanın dini yerlərə və müqəddəs yerlərə hörmətlə yanaşmağa çağırıb.

Əlaqəli Xəbərlər