"Operativ Media" xəbər verir ki, səsverməni Gürcüstan İctimai Yayımının Birinci Kanalı yayımlayır.
İlk dəfədir ki, prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclası ilə seçilir. Onun tərkibinə Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif bölgələrinin rayon sakrebulo-bələdiyyə orqanlarının 109 deputatı daxildir.
Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir.
Qeyd edək ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.






