Türkiyə Suriyada PKK-nı məhv etmək niyyətində olduğunu bildirib
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.
“Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik”.