Menyu

Ərdoğan: Beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasında birgə fəaliyyət göstərməlidir

Əsəd Abbaslı
Ərdoğan: Beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulmasında birgə fəaliyyət göstərməlidir
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası danışıqların yekunu ilə bağlı açıqlama yayıb.

“Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması istiqamətində həm Suriya xalqını, həm də hakimiyyətini dəstəklədiyini qeyd edib. O, beynəlxalq ictimaiyyəti Suriyanın yenidən qurulması prosesində fəal əməkdaşlığa çağırıb,” - deyə məlumatda bildirilir.

Ərdoğan əlavə edib ki, Türkiyə öz milli təhlükəsizliyini təmin etmək və regiondakı qeyri-sabitliyə son qoymaq üçün Suriyadakı terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

Əlaqəli Xəbərlər