HƏMAS girovların azad edilməsi üçün razılığa gəldi
Əziz Əzizli
Bu barədə "Operativ Media" TASS-a istinadən xəbər verib. Məlumat “Al Arabiya” telekanalına istinadən yayımlanıb.
Telekanalın mənbələrinə görə, qarşıdakı bir neçə saat Qəzza ilə bağlı danışıqların gedişatında mühüm dönüş nöqtəsi ola bilər.
Mənbələr bildirir ki, HƏMAS atəşkəs razılaşmasının ilkin mərhələsində hərbi əməliyyatların tam dayandırılması tələbindən geri çəkilib. Bununla belə, hərəkat təkid edir ki, Qəzzanın şimal bölgələrinin sakinləri İsrail ordusu tərəfindən əlavə yoxlamaya məruz qalmadan öz evlərinə qayıtmaq hüququ əldə etsinlər.
Teqlər:
"H\u018fMAS girovlar\u0131n azad edilm\u0259si \u00fc\u00e7\u00fcn raz\u0131l\u0131\u011fa g\u0259ldi"