Nigeriyada yarmarkada yaranan izdiham nəticəsində 32 uşaq ölüb
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, Oyo İnformasiya Komissarı Prins Dotun Oyelade verdiyi yazılı açıqlamada, əyalətin paytaxtı İbadanda təşkil edilən xüsusi yarmarkada izdiham yaşandığını bildirib.
Oyelade izdihamda 32 uşağın həyatını itirdiyini, çox sayda uşağın isə yaralandığını açıqlayıb.
Yaralıların ətraf xəstəxanalara çatdırıldığını bildirən Oyelade, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.
Oyo Qubernatoru Seyi Makinde açıqlamasında hadisə ilə bağlı istintaq başladıldığını və yarmarkanın təşkilatçılarının saxlanıldığını bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net