19 Dekabr 2024, 19:16
Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib şəkil
Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın bir çox qabaqcıl hərbi akademiyalarında təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük nailiyyətlərə imza atmağa davam edirlər.

Beynəlxalq hərbi təcrübənin mənimsənilməsi, peşəkar kadr heyətinin bilik və bacarıqlarının daha təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçularımız inkişaf etmiş ölkələrin müasir təhsil müəssisələrində müxtəlif kurslara cəlb olunur.

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən "Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.

Hərbi qulluqçumuz təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb