Menyu

Mədəniyyət naziri Adil Kərimli Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olub

Əsəd Abbaslı
Mədəniyyət naziri Adil Kərimli Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olub

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media"a verilən məlumata görə, F.Stokki naziri salamlayıb, muzeyi ziyarət etdiyi üçün təşəkkürünü bildirib.

O, muzeyin tarixi və ekspozisiyası haqqında məlumat verib. Bildirib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayiş etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraq göstərir.

A.Kərimli Azərbaycanın aparıcı muzey və sərgi zalları haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın muzeyləri Avropanın bir sıra muzeyləri ilə əməkdaşlıq edir. Eyni zamanda çağdaş Avropa rəssamlarının Bakıda sərgiləri təşkil olunur.

Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanış olub.

Qeyd edək ki, Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyinin və Bakıdakı Heydər Əliyev Mərkəzi layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər