Menyu

Ərdoğan: Trampla aramızda heç bir problem yoxdur

Ərdoğan: Trampla aramızda heç bir problem yoxdur

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti RəcəpTayyip Ərdoğan deyib.

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla münasibətlərində heç bir problem olmadığını və Trampın Türkiyənin qüdrəti ilə bağlı son sözlərinin doğru olduğunu bildirib:

"CənabTramp bu situasiya qiymətləndirməsini verməklə əslində ölkəmizin gücünü və effektivliyini ön plana çıxarır. Həqiqətən də aramızda heç bir problem yoxdur. Onun prezident seçilməsindən sonra bizim əlaqələrimiz yaranıb. Tramp praqmatik siyasətçidir. Onun andiçməsindən sonra çox güman ki, ilk olaraq onu təbrik edəcək və gündəmimizdəki məsələləri səmimi şəkildə müzakirə etməyə başlayacağıq”, - deyə o bildirib.

Teqlər:

"\u018frdo\u011fan: Trampla aram\u0131zda he\u00e7 bir problem yoxdur"

Əlaqəli Xəbərlər