Menyu

Olaf Şolts Rusiyaya səfər edəcək - YENİLƏNİB

Əsəd Abbaslı
Olaf Şolts Rusiyaya səfər edəcək - YENİLƏNİB

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Şpiqel” nəşrinin yazdığı xəbəri şərh edərkən bildirib.

Qeyd edək ki, daha öncə alman nəşri Şoltsun siyasi reytinqini yüksəltmək üçün Rusiyaya səfər etməyi planlaşdırdığını yazıb.

21:30

Almaniya kansleri Olaf Şolts yaxın günlərdə Rusiyaya sülh missiyası ilə səfər etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı yazıb. 

Nəşrin yazdığına əsasən, Şoltsun səfərinin məqsədi Rusiya və Ukrayna arasında uzunmüddətli və ədalətli sülhə nail olmaq üçün diplomatik səyləri artırmaqdır. 

Ancaq kanslerin aparatından verilən açıqlamada bu məlumatın "yalnız şayiə" olduğu və rəsmi planların mövcud olmadığı vurğulanıb.

Xatırladaq ki, Şolts noyabr ayının ortalarında Rusiya Prezidenti Vladimir Putinlə iki ilə yaxın müddətdən sonra ilk dəfə telefon danışığı aparmışdı. Alman hökuməti həmin danışıq zamanı Şoltsun Putinə Ukrayna ilə sülh danışıqlarını başlamaq barədə çağırış etdiyini açıqlamışdı.

Teqlər:

"Olaf \u015eolts Rusiyaya s\u0259f\u0259r ed\u0259c\u0259k - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər