Menyu

ABŞ və Suriya sanksiyaların ləğvini müzakirə edib

Əsəd Abbaslı
ABŞ və Suriya sanksiyaların ləğvini müzakirə edib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Suriya mətbuatı, o cümlədən "Al-Watan", məlumat yayıb.

Məlumata əsasən, ABŞ nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə bir neçə mühüm məsələni müzakirə edib. Görüşdə əsas diqqət sanksiyaların ləğvi və "Həyat Təhrir əş-Şam" qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması mövzularına yönəlib.

Danışıqların detalları barədə əlavə məlumat verilməyib.

Əlaqəli Xəbərlər