Menyu

Rusiyada iki yük qatarı toqquşub

Əsəd Abbaslı
Rusiyada iki yük qatarı toqquşub
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə 22 dekabr yerli vaxtla saat 07:30 radələrində, Zabaykal dəmir yolunun Buşuley-Jireken hissəsində baş verib.

Toqquşma nəticəsində birinci qatardan 35, ikinci qatardan isə 7 kömür yüklü vaqon relsdən çıxıb.

Hadisə yerinə bərpa qatarı göndərilib.

İnsident zamanı xəsarət alan olmayıb və ekoloji təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər