Belçikada meymunçiçəyi virusunun yeni variantı aşkar edilib
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, Belçikanın Sciensano səhiyyə institutunun verdiyi açıqlamaya görə, meymunçiçəyi virusunun yeni variantı ölkənin fransızdilli Vallon bölgəsində bir xəstədə aşkar edilib.
Belçikada aşkar edilən variantın əvvəlki variantlardan daha yoluxucu olduğu bildirilib.
Qeyd edək ki, meymunçiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edilib.
Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib.
Teqlər:
"Bel\u00e7ikada meymun\u00e7i\u00e7\u0259yi virusunun yeni variant\u0131 a\u015fkar edilib"