Menyu

Qırğızıstan Çinə elektrik enerjisi ixrac etməyi planlaşdırır

Qırğızıstan Çinə elektrik enerjisi ixrac etməyi planlaşdırır
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov ölkənin energetika sahəsinin 90 illiyinə həsr olunmuş tədbirində deyib.

Sadır Japarov bildirib ki, Tamğa-Karakol və Kəmin-Toruqart layihələri çərçivəsində Çinə elektrik enerjisinin ixracını təmin edəcək güclü yarımstansiyaların tikintisinə hazırlıq işləri aparılır.

Sonda Qırğızıstan dövlət başçısı CASA-1000 layihəsi çərçivəsində Əfqanıstan və Pakistana elektrik enerjisinin ixracı üçün yarımstansiyaların və xətlərin tikintisinin də başa çatdığını qeyd edib.

Əlaqəli Xəbərlər