Menyu

Dünya mediası AZAL-ın ekipaj üzvlərinin qəhrəmanlıqlarından yazır: Qeyri-adi şücaət və peşəkarlıq nümayiş etdiriblər

Dünya mediası AZAL-ın ekipaj üzvlərinin qəhrəmanlıqlarından yazır: Qeyri-adi şücaət və peşəkarlıq nümayiş etdiriblər

"Operativ Media" xəbər verir ki, xüsusən “X” sosial şəbəkəsi üzərindən edilən çoxsaylı paylaşımlarda pilotların son ana qədər mübarizəsi və təyyarədəki insanların bir hissəsini necə xilas edə bildikləri dərc edilir.

“FlightRadar24” tərəfindən paylaşlan 3D fotoda pilotların təyyarəni Xəzər üzərindən necə çətinliklə keçirdiklərini görmək mümkündür.

Təyyarələr texnologiya və təhlükəsizlik ehtiyatları üzrə ekspert olan Natascha Gielnik AZAL-ın ekipaj üzvlərinin qəhrəmanlıqları ilə bağlı paylaşım edib.

O bildirib ki, bu faciəli uçuşun ekipajı qeyri-adi şücaət və peşəkarlıq nümayiş etdirib:

"Təyyarə ekipajı qeyri-adi peşəkarlıq göstərib. Təyyarələri vurulduqdan sonra onlar təyyarəni idarə etmək və endirmək üçün mübarizə aparıblar. İnsanların həyatını xilas etmək üçün mümkün olan hər şeyi etdiblər. Mən həlak olan 39 nəfərdən “Azərbaycan Hava Yolları”nın kapitanı İqor Kşnyakin, birinci zabit Aleksandr Kalyaninov və tədarükçü Hökumə Alıyevanın xatirəsini ehtiramla yad edirəm. Onların qəhrəmanlığı 29 sərnişinin sağ qalmasını təmin edib" - deyə o paylaşımda qeyd edib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər