Bəşər Əsədin qohumları Beyrut hava limanında saxlanılıb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Livan hakimiyyəti bəyanat yayıb.
Bəyanata əsasən, eks-prezidentin həbsdə olan qohumu və qızı saxta pasportlardan istifadə edərək Livanı tərk etməyə cəhd ediblər.
Duraid Əsəd uğursuz çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayan Suriyanın mərhum prezidenti Hafiz Əsədin (1930-2000) qardaşı Rifat Əsədin oğludur. 2021-ci ildə Bəşər Əsəd 87 yaşlı əmisinin siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə vətəninə qayıtmasına icazə verib.
Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərdə iştirak ittihamı ilə iddialar qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhətinin vəziyyəti ilə əlaqədar icraata xitam verilib.
Teqlər:
"B\u0259\u015f\u0259r \u018fs\u0259din qohumlar\u0131 Beyrut hava liman\u0131nda saxlan\u0131l\u0131b"