Menyu

Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

Əsəd Abbaslı
Slovakiya Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

"Operativ Media" xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Əgər kimsə Slovakiyada sülh danışıqlarını təşkil etmək istəsə, o zaman biz hazır və qonaqpərvər olacağıq", - R.Fiko bildirib.

Slovakiya hökuməti başçısının sözlərinə görə, Bratislava istənilən səviyyədə Rusiya-Ukrayna müharibəsi ilə bağı sülhə dair danışıqları qəbul etməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl Slovakiyanın xarici işlər naziri Yuraj Blanar Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəsinin sülh yolu ilə həlli üzrə danışıqların bir hissəsinin Bratislavada keçirilməsinin mümkünlüyü barədə sözlərinin müsbət siqnal olduğunu bildirmişdi.

Teqlər:

"Slovakiya Ukrayna \u00fczr\u0259 s\u00fclh dan\u0131\u015f\u0131qlar\u0131na ev sahibliyi etm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər