Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda 19 pakistanlı əsgər həlak olub
Nərmin Qocamanlı
Pakistan ordusunun ikitərəfli sərhədində əfqan əsgərlərlə şiddətli toqquşmalarda azı 19 hərbçi həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Sinxua agentliyi Əfqanıstanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb .
Toqquşmalar Əfqanıstanın şərqindəki Xost və Paktiya əyalətləri ilə sərhəddə Pakistanın nəzarət-buraxılış məntəqələri yaxınlığında baş verib. Əfqanıstan sərhədçiləri iki Pakistan keçid məntəqəsini ələ keçirib, daha bir neçəsini yandırıblar. Pakistan hərbçiləri əfqan sərhədçilərinin mövqelərini minaatanlardan atəşə tutub. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə üç əfqan mülki şəxs həlak olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net