Menyu

Qəzzadan Qüdsə raket zərbəsi endirilib

Əsəd Abbaslı
Qəzzadan Qüdsə raket zərbəsi endirilib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, raket təhlükəsinə görə ölkənin bir sıra bölgələrində, o cümlədən Qüds ətrafında, Negev səhrasının bəzi hissələrində və İsrailin mərkəzindəki Şfela vadisində həyəcan siqnalı verilib.

Ümumilikdə hərbçilər Qəzzadan iki mərmi atıldığını qeydə alıblar.

“Hədəflər istiqamətində ələkeçirən raketlər buraxılıb. Təfərrüatlar dəqiqləşdirilir”, - məlumatda deyilir.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.

Əlaqəli Xəbərlər