Cənubi Koreyada təyyarə qəzasında 179 nəfər həlak olub - YENİLƏNİB 2
"Operativ Media" xəbər verir ki, bu barədə “Yonhap” Xəbər Agentliyi məlumat yayıb.
***
08:20
Cənubi Koreyada qəzaya uğrayan təyyarədə 179 nəfər həlak olub, iki nəfər sağ qalıb.
"Operativ Media" xəbər verir ki, Təyyarədə 181 nəfər (175 sərnişin və 6 ekipaj üzvü) olub.
***
07:32
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.
Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
***
06:49
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində həlak olan insanların sayı 47-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu haqda Muan Beynəlxalq Hava Limanının rəhbərliyi açıqlama verib.
Baş verən qəzanın dəqiq səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Yerli mətbuatda yer alan xəbərlərdə təyyarənin eniş şassosunda nasazlıq olduğu iddia edilib.
***
05:46
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 29 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.
⚡ Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 173 nəfər həlak olub. pic.twitter.com/24IXcq1FxC
— Operativ Media - #COP29 #NEWS (@operativmedia) December 29, 2024