Menyu

Bu gün Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili andiçmə mərasimi keçiriləcək

Əziz Əzizli
Bu gün Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili andiçmə mərasimi keçiriləcək

"Operativ Media" xəbər verir ki, mərasimə Kavelaşvilini seçmiş 300 seçici, deputatlar, Gürcü Pravoslav Kilsəsinin nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Mərkəzi Seçki Komissiyasının üzvləri, Acarıstan hökumətinin başçısı Tornike Rijvadzeyə, hökumət üzvləri və digər rəsmi şəxslər dəvət olunub. Xarici dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri mərasimdə iştirak etməyəcəklər. Ayrıca, Kavelaşvili ailəsinin üzvləri də inauqurasiyaya dəvət olunub.

Mərasimdə istifadə ediləcək Gürcüstan Konstitusiyasının xüsusi nüsxəsi artıq parlament tərəfindən çap edilib və Parlament Muzeyində saxlanılacaq. Mərasim ümumilikdə 40 dəqiqə ilə 1 saat arasında davam edəcək.

Konstitusiyaya əsasən, Kavelaşvili and içdikdən sonra öz hüquq və səlahiyyətlərini rəsmən qəbul edəcək, bundan sonra hazırkı prezident Salome Zurabişvili avtomatik olaraq səlahiyyətlərini itirəcək.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Salome Zurabişviliyə xəbərdarlıq edərək bildirib ki, əgər o, andiçmə mərasimindən sonra Prezident sarayını tərk etməzsə, dövlət qurumunu qanunsuz ələ keçirmə ittihamı ilə cinayət işi açılacaq.

Teqlər:

"Bu g\u00fcn G\u00fcrc\u00fcstan\u0131n yeni prezidenti Mixeil Kavela\u015fvili andi\u00e7m\u0259 m\u0259rasimi ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər