Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib
Nərmin Qocamanlı
"Operativ Media" xəbər verir ki, 300 üzvdən ibarət seçicilər kollegiyasının müəyyənləşdirdiyi yeni Prezident, 53 yaşlı keçmiş futbolçu, “Xalqın gücü” hərəkatının üzvü olan Kavelaşvilinin inaqurasiya mərasimi Tbilisidə, parlament binasında baş tutub.
Dövlət başçısı İncil və Konstitusiyaya and içib. Mərasimdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edib. Diplomatik korpus tədbirə dəvət olunmayıb.
Teqlər:
"G\u00fcrc\u00fcstan\u0131n alt\u0131nc\u0131 Prezidenti Mixeil Kavela\u015fvili and i\u00e7ib"